Dünyanın ən zəngin adamları bir ayda 50 milyard dollar itiriblər » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:29 İran prezidenti Xankəndiyə səfər edəcək  |     11:22 Bakıda qayınata kürəkənini lomla döydü  |     23:01 Bakıda məşhur ət bazarı bağlanır  |     22:56 Tətil sonrası işə qayıdış - Necə adaptasiya olaq?  |     22:49 ChatGPT-nin təsiri ilə təcrübəsiz işçilər üçün vakansiyalar kəskin azalıb  |     22:44 Azərbaycan Çinə toyuq əti ixrac edəcək  |     22:38 Tez-tez sıradan çıxan və bahalı texniki xidmət tələb edən avtomobillər - TOP-5  |     22:31 Daha bir şirkət rəhbərinə “stop” qoyuldu  |     22:24 Rusiyadan gətirilən soğan halqasında bakteriya aşkarlandı  |     22:16 Zəngilanla bağlı 1,3 milyonluq layihə  |     22:11 Pakistan XİN: ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb  |     22:04 Tokayev ictimai yerlərdə niqabı qadağan etdi  |     21:59 Məşhur şirkətin kərə yağından sellofan çıxdı - VİDEO  |     21:50 FHN-ə işə düzəltmək adı ilə daha bir dələduzluq  |     21:45 Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?  |     21:36 Konstitusiya Məhkəməsinə hakimlər təyin ediləcək  |     21:30 "Qarabağ" yoxlama görüşündə "Zirə"yə qalib gəldi  |     21:22 Bu klinikada yoxlama aparıldı, cərimə edildi  |     21:17 NATO-nun 2026-cı ildə baş tutacaq sammiti Ankarada keçiriləcək  |     21:10 Sumqayıtda "Daewoo" yandı  |    

Dünyanın ən zəngin adamları bir ayda 50 milyard dollar itiriblər

“Forbes” jurnalının məlumatına görə, dünyanın ən zəngin 10 adamının ümumi sərvəti son bir ayda təxminən 50 milyard dollar azalaraq 1,32 trilyon dollara düşüb. Bu barədə məlumat nəşrin saytında yerləşdirilib.

“Tesla”nın yaradıcısı və “X” sosial şəbəkəsinin (keçmiş “Twitter”) sahibi İlon Mask hələ də reytinqin birinci pilləsində qərarlaşıb. Bununla belə, “Tesla” səhmləri bu ay 20% ucuzlaşıb və Mask 35 milyard dollar, yəni sərvətinin 14%-ni itirib.

LVMH (“Louis Vuitton Moet Hennessy”) şirkətlər qrupunun prezidenti, “Forbes” siyahısında ikinci yerdə qərarlaşan Bernard Arno qrupun səhmlərinin 5% ucuzlaşması səbəbindən son bir ayda 10 milyard dollar itirib.

“Oracle” korporasiyasının təsisçilərindən biri, amerikalı Larri Ellisona gəlincə, şirkətin səhmlərinin 3% azalması onu beş milyard dollardan məhrum etsə də, reytinqdə dördüncü yerini qoruyub.

Eyni zamanda, mənfi tendensiyaya baxmayaraq, reytinqdə yeddinci yerdə olan “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq sərvətini 300 milyon dollara yaxın artırıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 343 02.11.23 13:04