Xabarovsk sakinləri yenidən regional hökumət binasının qarşısına toplaşıb.
Vətəndaşlar yenidən şəhər mərkəzinə yürüş edirlər.
Keçən avtomobillər fəal şəkildə siqnal verərək onlara dəstək nümayiş etdirirlər.
Polislər etirazçılara yolun hərəkət hissəsiylə getdiyini xatırlatmaq üçün meqafondan istifadə edir. Polis meqafonda danışığı dayandıranda yüksək səsli sirenlər işə salınır ki, etirazçıların sisini batırsın. Ancaq nəticədə etirazçılar səslərini daha da yüksəldirlər.
Xatırladaq ki, səhər saatlarında etirazçı şəhərdən onlayn verilişlər verən Aleksey Romanov tutulub. Bundan əvvəl, "Furgalomobil" təbliğat plakatları olan bir qida maşınının sürücüsü həbs edilib və aktiv etirazçı Valentin "Freddie" Kvaşennikov 10 min rubl cərimələnib. O, başqa etirazçıların kömək təklifindən imtina edib.
Bundan əlavə, jurnalistlər bildiriblər ki, polis aksiyanı işıqlandıran bütün jurnalistlərin fotoşəkillərini çəkməyə, eləcə də şəxsi məlumatlarını yazmağa başlayıb - Xabarovsk nəşrinə görə, bu, bütün jurnalistlərə, o cümlədən federal və xarici jurnalistlərin işinə təsir edib. Bundan əvvəl şəhər polis rəisi icazəsiz aksiya iştirakçılarının hamısının mühakimə olunacağını bildirmişdi.