“Rusiyanın COVID-19-a qarşı ilk peyvəndi hazırdır”.
“Arqumentı i faktı” qəzetinin məlumatına görə, bunu Rusiyanın Müdafiə nazirinin müavini Ruslan Tsalikov deyib.
O qeyd edib ki, Milli Tədqiqat Mərkəzinin mütəxəssisləri və alimləri artıq aparılan sınaqlara yekun qiymət veriblər.
“Preparatın sınaqlarında iştirak edən bütün könüllülərdə koronavirusa qarşı immunitet yaranıb. Beləliklə, koronavirus infeksiyasına qarşı ilk peyvənd hazırdır”, - deyə R.Tsalikov bildirib.