İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ölkədə COVID-19 virusunun ikinci dalğasının başlandığını bildirib.
“RİA Novosti” bu barədə İran KİV-lərinə istinadən məlumat yayıb.
H.Ruhani söyləyib ki, əgər pandemiyanın birinci dalğası ölkənin şimal və mərkəzi hissələrində yayılmışdısa, mayın ortalarından başlayan ikinci dalğa İslam Respublikasının cənub bölgələrinə daha çox təsir edib.