Rusiyada koronavirus pandemiyası fonunda beynəlxalq uçuşlara tətbiq olunan qadağanın müddəti uzadılıb.
RBC Federal Hava Nəqliyyatı Agentliyinə istinadla xəbər verir ki, uçuşlar avqustun 1-nə qədər təxirə salınıb.
“31 iyul 2020-ci tarixində yerli vaxtla saat 23:59-a qədər xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiya Federasiyasına girişinə müvəqqəti məhdudiyyət qoyulur”, - deyə, sənəddə qeyd edilir.