Koronavirusa qarşı Rusiyada hazırlanan peyvəndin üç prototipi sınaqlardan uğurla keçib və immun reaksiya meydana gətirmə qabiliyyəti ilə bağlı effektivliyini göstərib.
“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiyada “Vektor” mərkəzinin direktoru Rinat Maksyutov bildirib.
“Bunlar əldə edilən nəticələr baxımından ən qabaqcıl dərmanlardır”, - deyə o vurğulayıb.
Hazırda mərkəz yeni nəsil peyvəndlərin bir neçə qrupu üzərində işləyir. Ümumilikdə, prosesə 100-dən çox işçi cəlb olunub.
“Ən əsası, vaksinasiyadan keçənlərin xəstəlikdən müdafiəsini təmin etməkdir. Bu müdafiəni bərqərar edən təhlükəsiz preparat hazırlamaq isə ən böyük çətinliyimizdir”, - deyə Maksyutov sözlərini yekunlaşdırıb.
Xatırladaq ki, Rusiyada peyvəndin sınaqlarına iyunun 18-də başlanılıb.