Bu gün Türkiyədə koronavirusdan daha 19 nəfər ölüb.
Median.Az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 065 nəfəri ötüb.
Son sutkada Türkiyədə COVID-19-a 1 396 yoluxma qeydə alınıb. Beləliklə, koronavirus xəstələrinin sayı 194 511 nəfərə çatıb.
Nazirin sözlərinə görə, son bir gündə 1 492 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Bununla da Türkiyədə təhlükəli infeksiyadan sağalanların sayı 167 198 nəfərə yüksəlib.
Son sutkada COVID-19-la bağlı 51 198 test aparılıb. Hazırda koronavirus testlərinin ümumi sayı 3 186 622-dir.