ABŞ Prezidenti Donald Tramp abidələri dağıdan və ya korlayan hər kəsin həbs edilməsi əmrini verdiyini bildirib.
Bu barədə ABŞ lideri “Twitter” hesabında yazıb.
“Federal hökumətə vandallıqla məşğul olan, ya da hər hansı bir abidə, heykəl və ya digər federal əmlakı məhv edən hər kəsi 10 il azadlıqdan məhrum etməklə həbs etməyə icazə verdim”, - deyə D.Tramp yazıb.
D.Tramp əmrin dərhal qüvvəyə mindiyini qeyd edib və heç bir istisna halın olmayacağını vurğulayıb.