Bişkek məhkəməsi Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevə hökm oxuyub.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
A.Atambayev kriminal avtoritet Əziz Batukayevin sərbəst buraxılması ilə əlaqədar korrupsiya epizodunda ittiham edilib.
“Məhkəmə Atambayevi təqsirli bilib və onun 11 il 2 ay müddətinə dövlət mükafatları və əmlakı müsadirə olunmaqla, azadlıqdan məhrum edilməsinə qərar verib”, - deyə hakim bildirib.
2019-cu ilin dekabr ayında ölkədə kütləvi iğtişaşların səbəblərini aydınlaşdıran dövlət komissiyası Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin hərəkətlərinin Çuy bölgəsində və respublikanın paytaxtındakı iğtişaşların əsas səbəbi olduğunu açıqlamışdı.