Azərbaycanda koronovirus pandemiyasının qarşısının alınması məqsədilə TƏBİB-lə birlikdə koronovirus infeksiyasının ölkəmizdə yayılması statistikasını əks etdirən və vətəndaşları mütəmadi olaraq məlumatlandıran “e-Təbib” adlı mobil tətbiq hazırlanıb.
Baku TV xəbər verir ki, bu mobil tətbiqindən istifadə bütün mobil operator istifadəçiləri üçün tam pulsuzdur.
Bu proqramı telefona yükləməklə siz ictimai yerlərdə olarkən ətrafınızdakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar olunacaqsız. Təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqəniz olubsa, sizə bildiriş göndəriləcək və laboratoriya testinə dəvət ediləcəksiniz.
Layihə rəhbəri Fuad Niftəliyev bildirib ki, bu proqramı asanlıqla “Play Market” və ya “AppStore” vasitəsilə telefona yükləmək olar:
“Eyni zamanda tətbiqin köməyi ilə koronavirus əleyhinə qaynar xətlə əlaqə saxlamaq, statistik məlumatlar almaq və müvafiq yardım, həmçinin müxtəlif bildirişlər və xəbərlər də almaq mümkündür. Mobil tətbiq hazırlandığı zaman Böyük Britaniyanın, Sinqapurun, Stanford Universitetinin, İsrailin təcrübəsindən geniş istifadə edilib. Hətta bir-birinə rəqib olan iki nəhəng “Apple” və “Google” şirkətləri layihədə birgə işləyib və dünya səhiyyəsinə pulsuz təklif ediblər. Artıq bir sıra ölkələrdə pandemiyanin ən pik vaxtında “e-Təbib” mobil tətbiqi kimi tətbiqlər fəaliyyətdədir və öz effektini göstərib.
Ətraflı videosüjetdə: