Dünya daha bir böhrana “hamilədir” – RƏQƏMLƏR » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:27 Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb  |     20:45 Çində bıçaqlı hücum nəticəsində 8 nəfər ölüb, 17 nəfər yaralanıb  |     20:18 Leyla Əliyeva Xəzər dənizinin mühafizəsinə dair dəyirmi masa müzakirələrində iştirak edib  |     19:39 Paşinyan Trampa zəng etdi  |     19:35 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     19:30 Paris yaxınlığında çoxsaylı insan girov götürüldü  |     19:20 Hikmət Hacıyev Fransanın və Ermənistanın COP29-da iştirak etməməsi məsələsindən danışıb  |     18:57 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     18:17 Paşinyanın beş doğrusunu aparan bir səhvi  |     18:01 Bakıda COP29 sammitində Davamlı İnkişaf Santa Klausu: "Uşaqlığı yenidən əzəmətli edək"  |     17:57 Hikmət Hacıyev: "İlham Əliyev Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi"  |     17:40 Elmi direktor: "Norveç iqlim dəyişikliyi ilə mübarizədə o qədər də yaxşı deyil"  |     17:26 Dubayda başlayıb Bakıda bitən yarımmilyonluq dələduzluq  |     17:19 Azərbaycanda sabah banklar və "Azərpoçt" fəaliyyət göstərəcək  |     17:19 İşa Xeyriyyə Fondunun təsisçisi Sadhquru Prezident İlham Əliyevə məktub ünvanlayıb  |     17:12 "Barselona"nın prezidenti: "Azərbaycanda olmaqdan məmnunam"  |     17:07 Nazir müavini: "Dostlar Qrupu"nun hüquqi fəaliyyəti TƏSDİQLƏNDİ  |     16:58 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     16:49 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     16:35 Masallıda 37 yaşlı kişi özünü asıb  |    

Dünya daha bir böhrana “hamilədir” – RƏQƏMLƏR

Koronavirus bəşəri bəladır. Bu bəla pandemiya xarakteri alıb və hər bir ölkənin bütün sahələrini iflic vəziyyətinə salır. Virus dünya iqtisadiyyatına da mənfi təsirlər göstərir və ölkələr daha bir qlobal böhrana “hamilədir”.

İqtisadiyyatla yanaşı, əhalinin sağlamlığını təhlükə altına qoyan və “ölüm mələyinə” çevrilən koronavirusa qarşı mübarizə dünya ölkələrini vahid mövqedən çıxış etməyə vadar edir.

Yəni bütün dövlətlər təcrid olunma siyasətinə keçib və karantin rejimi tətbiq edirlər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Kluge deyir ki, koronavirusdan ölüm hallarının 43 faizi Avropanın payına düşür.

O bildirib ki, dünya ölkələri hələ xəstəliyin daha geniş yayılması təhlükəsi ilə üzləşəcəklər.

Buna görə də ÜST-ün Avropa regional ofisi üçün payıza hazırlıq prioritet məsələdir.

ÜST-ün Şərqi Aralıq dənizi üzrə regional direktoru Əhməd Əl-Mandhari isə qeyd edir ki, koronavirusla bağlı bir çox tədqiqatlar aparılsa da, hələ də bəzi məsələlər qeyri-müəyyən olaraq qalır.

Onun sözlərinə görə, xəstəlik inkişaf etdikcə, pandemiyaya necə nəzarət olunmasına dair yeni tövsiyələr də aktuallaşır.

Ən son rəqəmlərə əsasən, dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayı 9 milyon 101 min 661 nəfərdir.

Yoluxanlardan 471 min 585 nəfər ölüb, 4 milyon 874 min 973 nəfər isə sağalıb.

ABŞ-da koronavirusa yoluxanların sayı 2 milyon 365 min nəfərdən çoxdur. Ölüm halı isə 122 min 318 nəfərdir.

Bu göstəriciyə görə sonrakı yerdə Braziliya qərarlaşır. Bu vaxta qədər Braziliyada 1 milyon 86 min 990 şəxs koronavirusa yoluxub, onlardan 50 min 659 nəfəri vəfat edib.

Koronavirusdan ölüm statistikasına görə, Rusiya, Hindistan, Böyük Britaniya, İtaliya, Fransada da rekord göstəricilər qeydə alınıb.

Acınacaqlı mənzərənin davam etməməsi üçün ölkələr karantin rejiminə keçir.

Azərbaycanın Nazirlər Kabineti yanında Operativ Qərargahı da dünyadakı vəziyyəti təhlil edir və dünya təcrübəsininin tətbiqinə çalışır.

Baş nazir Əli Əsədovun qərarına əsasən, iyunun 21-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilib.

Sərt karantin rejimi iyulun 5-i saat 06:00-dək davam edəcək.

Qeyd edək ki, bu zamana qədər Azərbaycanda 13 min 207 nəfər COVİD-19-a yoluxub. Onlardan 7168 nəfəri sağalıb, 161 nəfər isə vəfat edib.

Hazırda ölkə üzrə aktiv xəstə sayı 5878 nəfərdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 259 22.06.20 21:36