Moskva meri Sergey Sobyanin koronavirusla bağlı tətbiq olunan məhdudlaşdırılmaların aradan qaldırılmasının yeni mərhələsini elan edib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Moskva meri öz bloqunda yazıb.
O, iyunun 23-dən etibarən üç aylıq fasilədən sonra kafe və restoranların açılacağını bildirib.
Bununla bərabər, sabahdan Moskvada fitnes klubların, hovuzların və idman zallarının fəaliyyətinə icazə veriləcək.