Çində ötən sutka ərzində 18 nəfər koronavirusa yoluxub, yeddi xəstədə simptomsuz yoluxma halı aşkarlanıb. COVID-19-dan müalicə olunaraq evə buraxılan isə olmayıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd olunur ki, yoluxma halları Pekində və Hebei vilayətində aşkarlanıb.
Ümumilikdə, ölkədə koronavirusa yoluxanların sayı 83 396 nəfərə çatıb. Müalicə alan 78 413 nəfər sağalıb, 4 634 xəstənin həyatını xilas etmək mümkün olmayıb.