"Koronavirus mutasiya edə bilər və dəyişikliklər nəticəsində onun daha aqressiv formaları meydana çıxa bilər".
Median.Az ted.az-a istinadən bildirir ki, bu barədə Moskva Dövlət Universitetinin İmmunologiya və Molekulyar Biotibb Mərkəzinin direktoru Mixail Paltsev məlumat verib.
Onun sözlərinə görə, mutasiya iki səbəbdən baş verir. Birinci səbəb kollektiv immunitetin yaranması və virusun buna uyğunlaşmağa başlamasıdır: "İkinci səbəb isə isti hava şəraitidir. Yayda, bir qayda olaraq, insanlarda immunitet yüksəlir və hava-damcı infeksiyalarına yoluxma azalır. Bu halda mutasiya virusun RNK-sında deyil, onun zülal reseptorunda baş verir. Bu isə hazırlanmaqda olan vaksinlərin effektivliyini şübhə altına alır".
M.Paltsev, həmçinin qeyd edib ki, koronavirusun ikinci dalğası gözlənilir. Bunun səbəbi istənilən epidemiyanın, xüsusilə, pandemiyanın bir ildən üç ilə qədər davam etməsidir.