Bu gün Türkiyədə daha 22 nəfər koronavirusdan ölüb.
Median.Az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.
O, qeyd edib ki, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 4 927 nəfərə çatıb.
Son bir gündə Türkiyədə koronavirusa daha 1 248 yoluxma qeydə alınıb. Hazırda koronavirus xəstələrinin ümumi sayı 186 493 nəfərdir.
Nazir bildirib ki, son sutkada 1 312 koronavirus xəstəsi sağalıb. Beləliklə, ölkədə koronavirusdan sağalanların ümumi sayı 158 828 nəfərə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.