Yaponiyanın şimalındakı Aomori prefekturasında ABŞ-a məxsus Misava aviabazasında bir neçə hərbçi koronavirusa yoluxub.
Median.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə aviabazanın "Facebook" səhifəsində bildirilib.
Virusa yoluxan hərbçilərin sayı açıqlanmır. Yoluxma iyunun 15-də bazaya gələn hərbçilər arasında qeydə alınıb.
Bir neçə gün əvvəl həmin aviabazada daha bir neçə pilotun yoluxduğu qeyd olunmuşdu.