Bu gün Türkiyədə koronavirusdan (COVID-19) daha 23 nəfər ölüb.
Bunu ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında bildirib.
Məlumata görə, daha 1214 nəfərdə test cavabı pozitiv çıxıb. Bununla da Türkiyədə indiyə qədər koronavirusdan 4905 nəfər ölüb, 185 245 nəfər isə bu infeksiyaya yoluxub.