Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 19 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurumunun toplantısından sonra bildirib.
Nazir qeyd edib ki, son 24 saatda 52 901 şübhəli koronavirus testindən keçib, onlardan 1492-nin cavabı pozitiv çıxıb. Bu gün daha 1261 xəstə sağalıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 4861 nəfər ölüb, 182 727 nəfər bu infeksiyaya yoluxub, 154 640 nəfəri isə müalicə olunub.