Elm adamları koronavirusun hansı səbəbdən bəzi ölkələrdə digərlərinə nisbətən daha çox ölümə səbəb olduğunu araşdırıb.
“Haber Global”ın məlumatına görə, tədqiqat “Scripps” Araşdırma İnstitutu tərəfindən aparılıb.
Məlum olub ki, ölümün çox olmasına səbəb yeni tip koronavirusun mutasiyaya uğrayan növü ilə əlaqədardır.
Koronavirusun D614G adı verilən mutasiyası orijinal virusdan dörd dəfə artıq tac quruluşuna malikdir. Bu isə onun insan hüceyrələrinə daha qalıcı şəkildə yapışmasına səbəb olur.
Bildirilir ki, ABŞ-ın Nyu-York şəhərində, həmçinin, İtaliya və İngiltərədə bu səbəbdən koronovirus 10 qat daha yoluxucudur.