Türkiyənin Bingöl bölgəsində 5.6 bal gücündə daha bir zəlzələ baş verib.
Bu barədə “HaberGlobal” məlumat yayıb.
Səhər saat 09:51-də qeydə alınan zəlzələnin episentri Bingölün Karlıova rayonu olub.
Yerin 7.01 kilometr dərinliyində baş verən zəlzələdən sonra ən böyüyü 3.9 bal gücündə afterşoklar qeydə alınıb.