Parlaq günəş işığı kalsium mübadiləsində iştirak edən, bədxassəli yenitörəmələrdən qoruyan və immunitet sistemini gücləndirən “D” vitamininin istehsalını stimullaşdırır.
Lenta.ru-nun məlumatına görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin baş epidemioloqu Nikolay Briko deyib.
Onun sözlərinə görə, isti hava (onunla da birlikdə ultrabənövşəyi şüalar) virusa, o cümlədən də COVID-19-a neqativ təsir edir.
“Yayda virusun fəallığı azalır, ultrabənövşəyi şüa ona məhvedici təsir göstərir”, - deyə Briko sözlərini yekunlaşdırıb.