Gürcüstanda koronavirusa 5 yeni yoluxma halı təsdiqlənib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 707-yə çatıb. Onların 456-sı artıq sağalıb, 12-si isə ölüb.
Karantində 3 914, stasionar nəzarətdə isə 340 nəfər saxlanılır.