Kanadada 1 113 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Median.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, 77 306 nəfərdə koronavirus infeksiyası aşkar edilib.
Son 24 saat ərzində müalicə alan 103 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Ümumilikdə 5 805 xəstə koronavirus infeksiyasının yaratdığı xəstəlikdən vəfat edib.
Ən çox yoluxma halı Kvebek (42 920) və Ontario (22 957) əyalətində qeydə alınıb.