"Ramazan bayramında 24, 25, 26, 27 mayda 81 vilayətimizdə küçəyə çıxma qadağası tətbiq olunacaq".
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusla (COVID-19) bağlı nazirlərlə keçirilən növbəti videokonfransdan sonra bildirib.
Türkiyə Prezidenti deyib ki, bəzi məscidlər 29 maydan ibadət üçün açıq olacaq. Onun sözlərinə görə, Türkiyənin 15 vilayətinə giriş-çıxış qadağası daha 15 gün davam edəcək.
Qeyd edək ki, Türkiyənin 31 vilayətindən 16-na giriş-çıxış məhdudiyyəti aradan qaldırılıb.