Türkiyədə ötən sutka koronavirusdan daha 41 nəfər ölüb.
Median.Az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Onun sözlərinə görə, bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 4 096-ya çatıb.
Bundan başqa, son 24 saatda ölkədə 1 610 yoluxma qeydə alınıb və beləliklə, infeksiya daşıyıcılarının sayı 148 067 nəfərə çatıb.
Habelə bir gündə koronavirusa yoluxmuş 2 004 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Bununla da infeksiyadan sağalanların sayı 108 137 nəfərə çatıb.