Gürcüstanda koronavirusa 15 yeni yoluxma faktı təsdiqlənib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 667-yə çatıb. Onların 383-ü sağalıb, 12-si isə ölüb.
Karantində 4 223, stasionar nəzarətdə isə 373 nəfər saxlanılır.