Türkiyədə ötən sutka koronavirusdan daha 55 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Onun sözlərinə görə, bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 4 007-yə çatıb.
Bundan başqa, son 24 saatda ölkədə 1 635 yoluxma qeydə alınıb və beləliklə, infeksiya daşıyıcılarının sayı 144 749 nəfərə çatıb.
Habelə bir gündə koronavirusa yoluxmuş 2 315 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Bununla da infeksiyadan sağalanların sayı 104 030 nəfərə çatıb.