Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 58 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.
Nazir qeyd edib ki, son 24 saatda 33332 şübhəli koronavirus testindən keçib, onlardan 1639-nun cavabı pozitiv çıxıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 3952 nəfər ölüb, 143114 nəfər bu infeksiyaya yoluxub, 101715 nəfəri isə müalicə olunub.
Bu gün 2826 xəstə evə buraxılıb.
Fəxrəddin Qoca qeyd edib ki, bu gün ilk dəfə müalicə olunan xəstə sayı 100 mini keçib, reanimasiyada olan xəstə sayı isə mindən az - 998 nəfər olub.