Aprel ayında COVID-19-a qarşı mübarizə çərçivəsində tibb işçilərinə 35-dən çox hücum hadisəsini qeydə alınıb.
APA-nın RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə üzrə Fövqəladə Vəziyyət proqramının direktoru Maykl Rayan Cenevrədə keçirilən brifinqdə deyib.
"Təhlükə mənbəyi olan koronavirusa qarşı mübarizə aparan tibb işçiləri hücuma məruz qalır. Aprel ayında 11 ölkədə 35-dən çox ciddi hücum hadisəsi qeydə alınıb", - deyə ÜST rəsmisi vurğulayıb.