İranlı alimlər koronavirusu 30 saniyə ərzində müəyyən edə bilən test ixtira ediblər.
Xəbəri “Mehr” agentliyi yayıb.
İxtira xəstəliyin ilkin mərhələsi də daxil olmaqla, 30 saniyə ərzində insanın COVID-19 virusu daşıyıcısı olub-olmadığını müəyyən edə bilir.
İranın elm və texnika üzrə vitse-prezidenti Soren Səttari bildirib ki, test-sistem hələ sertifikatlaşdırılmayıb.