İsraildə yüzlərlə insan koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan sosial məsafə qaydasına məhəl qoymayaraq, birlikdə dini ayin icra ediblər.
“İhlas Haber Ajansı”nın (İHA) məlumatına görə, Qüdsün Maa Şaarim məhəlləsinə toplaşan dindarlar Laq ba-Omer yəhudi bayramını qeyd ediblər.
Yayımlanan görüntülərdə ultra-ortodoksal yəhudilərin maska taxmadığı və sosial məsafə saxlamadıqları aydın görünür.
Son məlumatlara əsasən, İsraildə 16 506 şəxsin koronovirusa yoluxduğu aşkar olunub. 258 xəstə virusun qurbanı olub.