Polşalı tədqiqatçılar koronavirusa yoluxma zamanı xəstəliyin ağır keçməsi və ölümlə nəticələnməsi ehtimalını hesablamağa imkan verən proqram hazırlayıblar.
Bu barədə NTV məlumat yayıb.
Sözügedən proqramın – kalkulyatorun hazırlanmasında həkimlər, epidemioloqlar, riyaziyyatçılar və proqramçılar iştirak edib. Yaradılan proqram insanın yaşını və cinsini, həmçinin, dörd əsas xroniki xəstəlik barədə informasiyanı əsas götürür.
“Koronavirusdan ölüm riski əksər hallarda həyat tərzindən və bununla əlaqədar xəstəliklərdən, o cümlədən, piylənmə, diabet, hipertoniya və bunların yaratdığı fəsadlardan asılı olur.
Son tədqiqatlar sübut edir ki, heç bir xroniki xəstəliyi olmayan şəxslərin COVID-19-la bağlı ölüm ehtimalı bir faizdən azdır”, - kalkulyatoru hazırlayan tibb elmləri doktoru Pyotr Bandoş bildirib.