Mühafizəçilər, sürücülər, aşpazlar və tibb işçilərinin koronavirusun yaratdığı fəsadlardan ölmək ehtimalı başqalarına nisbətən daha yüksəkdir.
Bu barədə məlumat Böyük Britaniya Milli Statistika İdarəsinin (ONS) saytında dərc edilib.
Təhlil əmək qabiliyyətli (20-64 yaş) vətəndaşlar arasında koronavirus nəticəsində 2 494 ölüm hadisəsi haqqında məlumatlara əsaslanır. Ölənlərin üçdə ikisi kişilərdir (1 612 nəfər).
Mühafizəçilər ən həssas qrup hesab edilir, ardınca aşpaz və avtobus sürücüləri gəlir. Bütün hallarda bu göstərici yalnız kişi işçilərə aiddir.