Türkiyədə yeni növ koronavirusdan ölənlərin sayında artım olub.
Bununla bağlı ölkənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib.
“Twitter” səhifəsindən paylaşım edən nazir bildirib ki, bu gün daha 50 nəfər virusun qurbanı olub.
O, həmçinin qeyd edib ki, son 24 saatda 35605 şübhəli koronavirus testindən keçib, onlardan 1546-nın cavabı müsbət çıxıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 3739 nəfər ölüb, 137115 nəfər bu infeksiyaya yoluxub, 89480 nəfəri isə müalicə olunub.
Bu gün 3084 xəstə evə buraxılıb.