ABŞ-ın Nyu-York ştatında 64 uşaqda koronavirusla əlaqəli yeni simptomlar aşkarlanıb.
CBS xəbər verir ki, mütəxəssislər “sistemli iltihab sindromu” adlanan simptomları koronavirusla əlaqələndirirlər.
Bu xəstələrdə uzun müddət yüksək temperatur, Kavasaki xəstəliyinin əlamətləri, toksik şok, qarında ağrı müşahidə olunur. Bir versiyaya görə, həmin simptomlar uşaqlarda yeni koronavirusun yaratdığı yüngül xəstəlikdən sonra görünə bilər.
Simptomların müşahidə olunduğu bəzi uşaqların yeni növ koronavirusa yoluxduğu və ya orqanizmlərində xəstəliyə qarşı antikorların yarandığı müəyyən edilib.
Qeyd edək ki, oxşar hallar əvvəllər Böyük Britaniyada da qeydə alınıb.