"Türkiyədə son sutkada daha 64 nəfər pandemiyanın qurbanı olub”.
Median.Az-ın məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.
Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 3 584 nəfərə çatıb.
Nazir həmçinin daha 2 253 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 131 744-ə yüksəldiyini bildirib.
F.Koca Türkiyədə indiyədək 78 202 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.