Dünyada təxminən bir milyard əlil var və koronavirusdan ölənlər arasında fiziki qüsurlu insanların sayı az deyil.
“RİA Novosti” xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.
Onun sözlərinə görə, pandemiya səbəbindən həmin şəxslərin hüquqlarının təmin edilməsi də çətinləşib.
“COVID-19-la əlaqədar böhran cəmiyyətin bütün sahələrinə təsir göstərib. Pandemiya bir milyard əlil insana da təsirsiz ötüşməyib.
Normal şəraitdə əlilliyi olan insanların təhsil, səhiyyə, gəlir əldə etmək və ictimaiyyətdə iştirak imkanları məhduddur. Pandemiya bu bərabərsizliyi daha da artırır və ortaya yeni təhdidlər çıxarır. Əlillər ölənlərin sayına görə, bu böhrandan ən çox təsirlənənlər arasındadır”, - deyə o “Twitter” hesabında yazıb.