Britaniyada bir gün ərzində koronavirus qurbanlarının sayı 288 nəfər artıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin başçısı Mett Henkok bildirib.
O, qeyd edib ki, bu, martın sonundan ölkədə ən aşağı göstəricidir.
"Təəssüf ki, koronavirusdan 28 734 insan öldü, bir gün ərzində artım 288 nəfər təşkil edib. Bu, martın sonundan ən aşağı göstəricidir, amma istirahət günləri bu göstərici adətən aşağı olur, ona görə biz artım gözləyirik", - Henkok keçirdiyi brifinqdə deyib.