Koronavirus bu tarixdə geri qayıda bilər: Virus inkişaf edir » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:27 Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb  |     20:45 Çində bıçaqlı hücum nəticəsində 8 nəfər ölüb, 17 nəfər yaralanıb  |     20:18 Leyla Əliyeva Xəzər dənizinin mühafizəsinə dair dəyirmi masa müzakirələrində iştirak edib  |     19:39 Paşinyan Trampa zəng etdi  |     19:35 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     19:30 Paris yaxınlığında çoxsaylı insan girov götürüldü  |     19:20 Hikmət Hacıyev Fransanın və Ermənistanın COP29-da iştirak etməməsi məsələsindən danışıb  |     18:57 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     18:17 Paşinyanın beş doğrusunu aparan bir səhvi  |     18:01 Bakıda COP29 sammitində Davamlı İnkişaf Santa Klausu: "Uşaqlığı yenidən əzəmətli edək"  |     17:57 Hikmət Hacıyev: "İlham Əliyev Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi"  |     17:40 Elmi direktor: "Norveç iqlim dəyişikliyi ilə mübarizədə o qədər də yaxşı deyil"  |     17:26 Dubayda başlayıb Bakıda bitən yarımmilyonluq dələduzluq  |     17:19 Azərbaycanda sabah banklar və "Azərpoçt" fəaliyyət göstərəcək  |     17:19 İşa Xeyriyyə Fondunun təsisçisi Sadhquru Prezident İlham Əliyevə məktub ünvanlayıb  |     17:12 "Barselona"nın prezidenti: "Azərbaycanda olmaqdan məmnunam"  |     17:07 Nazir müavini: "Dostlar Qrupu"nun hüquqi fəaliyyəti TƏSDİQLƏNDİ  |     16:58 Qubadlıda fəhlə bədbəxt hadisə nəticəsində öldü  |     16:49 Daha iki müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti BƏRPA OLUNACAQ  |     16:35 Masallıda 37 yaşlı kişi özünü asıb  |    

Koronavirus bu tarixdə geri qayıda bilər: Virus inkişaf edir

Koronavirus dünyada 2003, 2012 və 2019-2020-ci illərdə görülüb. Peyvənd tapılmazsa, 2028-2030-cu illərdə koronavirusun başqa bir mutasiyası ilə qarşı-qarşıya qala bilərik.

“Haber Global”ın məlumatına görə, bu sözləri türkiyəli professor Orhan Yıldız deyib.

Professorun sözlərinə görə, koronavirus hər il “hücum” edən bir virus deyil və 8-10 il sonra yenidən peyda olmaq ehtimalı mövcuddur.

“Koronavirus 1960-cı illərdə tapılıb. Bu virus həmişə var idi və forma dəyişdirib. Koronavirus insanlara yoluxa bilən, öldürücü bir formaya çatdı. Bu xüsusiyyətini itirməsini gözləməməliyik. Ortaya çıxan bir mutasiyadır. Əvvəllər sadəcə heyvanlarda görülsə də, indi insanlarda da görülür. Bu da virusun inkişaf etdiyini sübut edir.

2028-ci ilə qədər nə olacağını bilmək çətindir. Virus daha ölümcül olacaq, yoxsa daha çox yayılacaq - bilmirik. Bunu müəyyən edəcək tək şey bəşəriyyətin peyvənd tapmasıdır. Qarşımızda 8-10 ilə qədər müddət var. Pandemiyada istifadə olunacaq peyvənd çox mümkün görünmür. Hazırda pandemiya sönmək üzərədir və peyvənd tapılması 1.5 ilə qədər çəkəcək. Növbəti pandemiya üçün əlimizdə yeni silahlar olmalıdır".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 153 02.05.20 18:25