106 yaşlı Elen Lefevr adlı Fransa vətəndaşı koronavirusdan sağalıb.
Xəbəri “Parisien” nəşri yayıb.
Qocalar evində yaşayan 106 yaşlı qadının koronavirus testinin nəticələri aprelin 15-də müsbət çıxıb.
Qadın zəiflikdən və yüksək temperaturdan əziyyət çəksə də, həkimlər onu xəstəxanaya yerləşdirməyi lazım bilməyiblər. O, sağalana qədər öz otağında təcrid edilmiş vəziyyətdə qalıb.
Xəstəliyə qalib gələn Elen Lefevr hazırda özünü yaxşı hiss etdiyini bildirib.
Son rəqəmlərə əsasən, Fransada 167 346 şəxsin koronavirus testi müsbət çıxıb. 24 594 şəxs virusun qurbanı olub. 50 mindən çox insan isə xəstəlikdən sağalıb.