Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen In son 20 gün ərzində ilk dəfə ictimaiyyət qarşısında çıxıb.
Koreyanın Mərkəzi Teleqraf Agentliyinin məlumatına əsasən, Şimali Koreyanın lideri Sunçhondakı gübrə zavodunun açılış mərasimində iştirak edib.
“Hörmətli ali sədr, yoldaş Kim Çen In mərasimdə iştirak edərək tikintinin tamamlanmasının simvolu olan lenti şəxsən kəsdi”, - deyə agentlik yazıb.
Qeyd edək ki, Kim Çen In aprelin 11-dən ictimaiyyət qarşısına çıxmamışdı. O, aprelin 15-də babası, KXDR-nın əsasını qoyan Kim İr Senin doğum günündə iştirak etmədiyi üçün siyasətçinin ölməyi və ya xəstələnməyi ilə bağlı şayiələr yayılmağa başlamışdı.