Koronavirus səbəbindən sərhədlər bağlı olsa da, narkotik maddələr Avropaya yol tapmaqda davam edir.
“Reuters” bu barədə Birləşmiş Millətlər Təşkilatının Narkotiklə və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə (UNODC) istinadla xəbər yayır.
Bildirilir ki, son zamanlar Avropada əvvəlki vaxtlara nisbətən, daha çox narkotik aşkar edilir.
Narkotikin Avropaya əsasən Latın Amerikası ölkələrindən, xüsusilə meyvə yeşiklərində gizlədilərək gətirildiyi qeyd edilir.
Hüquq-mühafizə orqanları Avropanın Latın Amerikası ölkələrindən idxala qadağa qoymadığı üçün bu üsulu “möhtəşəm addım” adlandırırlar.
Bəzi mütəxəssislər hesab edirlər ki, sərhədlərin bağlanması Avropaya narkotik daşınmasına ümumiyyətlə təsir etməyib.
2020-ci ilin ilk rübündə qitədə 17,5 ton kokain aşkar edlib. Bu, 2019-cu illə müqayisədə 20 faiz çoxdur.