Türkiyənin Van vilayətində 3,7 bal gücündə zəlzələ baş verib.
“Hürriyet” xəbər verir ki, yerli vaxtla 22:31-də baş verən təbii hadisənin episentri yerin səkkiz kilometr dərinliyinə təsadüf edib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.