Türkiyədə pişik xəstə balasını xəstəxananın təcili yardım şöbəsinə gətirib.
“Sözcü” xəbər verir ki, ana pişiyin xəstə balasını ağzında təcili yardıma aparması və xəstəxana işçilərinin pişiyə müdaxilə etməsi sosial mediada gündəm olub.
Təcili yardım heyəti dərhal onlara kömək edib, bala pişik müayinə olunarkən, ana pişiyə süd və yemək verilib.
Xəstəxana işçiləri ilkin müdaxilədən sonra müalicəni baytarlara yönləndiriblər.