Böyük Britaniyada koronavirus qurbanlarının sayı bir gün ərzində daha 765 nəfər artıb.
Median.Az xəbər verir ki, bu barədə Britaniyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.
Bununla da, krallıqda COVID-19-dan dünyasını dəyişənlərin ümumi sayı 26 097 nəfərə çatıb.
Məlumata görə, son 24 saatda ölkədə virusa yoluxanların sayı 4 076 nəfər artaraq 165 221 nəfərə yüksəlib.
Qeyd edək ki, Böyük Britaniyanın XİN rəhbəri koronavirusdan ölənlərin statistikasını yeniləndiyini açıqlayıb. Belə ki, xəstəxanadan kənar, yəni ev, qocalar evi və ya hospisdə ölənlər də daxil edildikdə ümumi ölüm statistikasında əlavə 3 811 nəfərlik artım olub. Beləliklə, Böyük Britaniya koronavirusdan ölənlərin sayına görə İspaniyanı geridə qoyaraq dünyada 3-cü yerə qalxıb.