Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkədə fövqəladə vəziyyət rejimini üç ay uzadıb.
“RİA Novosti” agentliyi xəbər verir ki, bu haqda məlumat dövlətin rəsmi qəzetində dərc olunub.
Qərara əsasən, silahlı qüvvələr və polis terrorizmin və onun maliyyələşməsinin qarşısını almalı, ictimai və şəxsi mülkiyyətin təhlükəsizliyini mühafizə etməli, vətəndaşların həyatını qorumalıdır.
Qeyd edək ki, Misirdə fövqəladə vəziyyət 9 aprel 2017-ci ildə Tanta və İsgəndəriyyə şəhərlərində baş verən və 50 nəfərin həlak olmasına səbəb olan terror aktlarına görə tətbiq olunub.