Fransada son sutka ərzində koronavirusdan ölənlərin sayı 437 nəfər artaraq 23293-ə çatıb.
Median.Az-ın Reuters-ə istinadən verdiyi məlumata görə, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
14,5 min nəfərin xəstəxanalarda, 8,8 min nəfərin isə social-tibbi müəssisələrdə öldüyü bildirilib.
Qeyd edək ki, infeksiyaya yoluxanların ümumi sayı son 24 saat ərzində 3764 artaraq 128339 nəfərə yüksəlib.