İsveçdə azərbaycanlı gənc koronavirusdan vəfat edib.
Median.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü Nadir Hollenbrand feysbuk hesabında paylaşım edib.
"Stokholmda 22 yaşında gənc azərbaycanlımız bu gün gecə saatlarında Covid-19-dan həyatını itirdi. Özü də sağlam bir gənc. İsveç virusla oyun oynayır. Yaxşı ki, Azərbaycandasız", - deyə o, paylaşımında qeyd edib.