"Türkiyədə vətəndaşların küçəyə çıxmasına qadağanı Ramazan bayramınadək tətbiq etməyi planlaşdırırıq".
“Report” NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bu dəfə komendant saatı üç gün müddətinə tətbiq olunacaq: "Qadağa mayın 1-i gecə saatlarından başlayacaq və mayın 3-ü bazar günü gecəyə kimi davam edəcək. Bu nüddətdə marketlər saat 09:00-dan 14:00-a kimi fəaliyyət göstərəcək".