Rusiyada keşiş köməkçisi Dmitri Pelipenko koronavirusa yoluxduğunu öyrənəndən sonra özünü yandırıb.
Bu barədə “BAZA” Telegram kanalı xəbər yayıb.
Pelipenko hələ aprelin 16-da sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Tezliklə onun COVID-19-a yoluxduğu təsdiqlənir. Bundan sonra o, xəstəxananın birinci mərtəbəsinin pəncərəsindən qaçıb.
Bir neçə saatdan sonra Pelipenkonu yenidən xəstəxanaya gətiriblər: lakin onun bədəninin 90 faizi artıq yanmışdı. Şahidlərin sözlərinə görə, o, kilsənin həyətində tezalışan maddəni üzərinə tökərək özünü yandırıb.
Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.